Kamança ifaçısı Anar Yusub məşhur “Qal, sənə qurban” mahnısına yeni nəfəs verib.
OLAY yazır ki, sənətçi musiqisi Bəhram Nəsibova məxsus olan bəstəni kover versiyada, müasir aranjimanda təqdim edib.
Layihənin aranjimanı və miks-masterinqi Nurlan Hatəmoğluna aiddir.
Anar Yusubun ifasında “Qal, sənə qurban” artıq “YouTube” platformasında dinləyicilərin ixtiyarına verilib.
















