Müğənni Niyam Salami Xalq artist Brilliant Dadaşova ilə bağlı fikirlərini səsələndirib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ARB televiziyasında "Xəbər ətər" verilişində Dadaşova haqda danışan Niyam, onun ünvanına təriflər yağdırıb:
"Onun insana yanaşması, dəyər verməsi məni heyran edir. Hava soyuq idi, məkanıma gəldi, qar yağırdı. Düşündüm ki, konsertə də heç kim gəlməz. Gəldi və oxudu. 2 mahnıda səhnədə dayandı, qalan bütün konserti tamaşaçıların arasında oldu. Səmimi, öz evindəki kimi. Mən bir şeyi anladım ki, mədəniyyət elə sizdən başlayır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun