“Kurtlar Vadisi”nin aktrisası vəfat etdi

“Kurtlar Vadisi”nin aktrisası vəfat etdi

“Kurtlar Vadisi” serialında "Cerrahpaşalıların bacısı" obrazı ilə tanınan aktrisa Şıvqa Gerez vəfat edib.

OLAY yazır ki, aktrisa uzun müddət davam edən sağlamlıq problemlərindən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Şıvqa Gerez serialda canlandırdığı obrazla qısa müddətdə tamaşaçıların yaddaşında iz buraxıb.

Aktrisa son aylarda sosial media hesabında xərçəng diaqnozu qoyduğunu açıqlamış, müalicə prosesinə başladığını və izləyicilərindən ona dua etməklərini istədiyini bildirmişdi.

Onun vəfat xəbəri sosial mediada geniş rezonans doğurub, çoxsaylı başsağlığı mesajları paylaşılıb.