"Kevin"in anasının ölüm səbəbi bəlli oldu - FOTO

"Kevin"in anasının ölüm səbəbi bəlli oldu - FOTO

Xəbər verdiyimiz kimi, "Evdə Tək" filmindəki rolu ilə tanınan amerikalı aktrisa Ketrin O'Hara 71 yaşında vəfat edib.

Milli.Az xəbər verir  ki, onun ölüm səbəbi günlər sonra ictimaiyyətlə paylaşılıb.

Məlumata görə, məşhur aktrisanın ölümünə birbaşa ağciyər emboliyası səbəb olub.

Həkimlər əsas sağlamlıq probleminin düz bağırsaq xərçəngi olduğunu bildiriblər. Bu, Hollivud ikonunun xərçənglə mübarizə apardığı faktının ilk dəfə ictimaiyyətə açıqlanması olub.

Digər tərəfdən, Ketrin O'Haranın gənc yaşlarında ürəyin qabırğa qəfəsinin sağ tərəfində yerləşdiyi nadir bir vəziyyət olan "dekstrokardiya situs inversus" diaqnozu qoyulduğu da məlum olub.

Qeyd edək ki, O'Hara 2020-ci ildə "Schitt's Creek" serialında canlandırdığı Moira Rouz obrazına görə "Ən yaxşı komediya aktrisası" nominasiyasında "Emmy" mükafatına layiq görülüb. O, 1990-cı ildə çəkilmiş "Evdə tək" filmində baş qəhrəman "Kevin"in anası rolunu, eləcə də, "Beetlejuice" filmində Delia Dits obrazını canlandırıb.

Milli.Az