Türkiyənin məşhur ifaçısı Ajda Pekkan əməliyyat olunub.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, çiyin ağrısından əziyyət çəkən əfsanəvi sənətçinin oynaqlarından əməliyyat olunduğu bildirilib.
Sağ çiynindən əməliyyat olunan Pekkan 3 həftə müalicə alacaq.
Səhhəti barədə danışan 77 yaşlı müğənni açıqlamasında qeyd edib : "Çox ağrıyırdım, amma xoşbəxtlikdən bu əməliyyatla ağrılarımdan xilas oldum. Ombamı sındırdıqdan sonra çiynimdə əzələ qopması baş verdi. Sonra yavaş-yavaş ağrılar başladı. Əvvəllər eyni çiynimdə vətər əməliyyatı olunmuşdum. Ağrılar artdıqdan sonra həkimim Ramazandan əvvəl bu əməliyyatı etdi" .
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun