"Sənət insanlarının şəxsi həyatı heç kim üçün maraqlı olmamalıdır. Hamımız insanıq, hamımızın problemləri var. Heç kim bilmir ki, sabah onun həyatında nə olacaq".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Bu axşam" verilişində deyib. Müğənni şəxsi həyatı, ailəsi ilə bağlı suallara əsəbiləşib. O bildirib ki, efirdə sənət adamlarına bu haqda sual verilməməlidir:
"Bu, həyatdır və hamının burada bir sınağı var. Talelər qəribə və fərqlidir. Bundan istifadə etmək olmaz. Sənət adamlarının yalnız sənəti ilə maraqlanmaq lazımdır. Biz sənətçilər xalqa məxsusuq. Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır".
Qeyd edək ki, müğənni uzun müddətdir keçmiş gəlini Canana ilə yaşasdığı qalmaqallarla gündəmdən düşmür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun