İlhamə Quliyevanın övladından 2 ildir xəbər yoxdur

İlhamə Quliyevanın övladından 2 ildir xəbər yoxdur

"İki ildir ki, İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovdan xəbər yoxdur. Onun nə ölüsü tapılıb, nə də dirisi".

Milli.Az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev deyib. 

Onun sözlərinə görə, hazırda Orxan Nadirovla bağlı axtarışlar davam edir.

"Orxan sonuncu dəfə anası Lalə ilə telefonla danışıb. Moskvadan Türkiyəyə uçmalı idi, əlində də bileti var idi. Qeydiyyatdan keçmək istəyəndə görüb ki, arxasında adamlar var. Həmin anda anasına telefonda deyib ki, arxamca adamlar gəlir, amma onları "azdırmışam". Sonra Moskvadan Türkiyəyə uçan sərnişinlərin siyahısında araşdırma apardıq. Məlum oldu ki,  Orxan Türkiyəyə ümumiyyətlə uçmayıb".

Əli Mirəliyev bildirib ki, Orxan həyat yoldaşından da ayrılıb:

"Evlənəndən bir müddət sonra yola getmədilər və boşandılar. Orxan anası ilə yaşayırdı".

Xatırladaq ki, Orxan Nadirovu mərhum Xalq artisti İlhamə Quliyeva övladlığa götürmüşdü. İlhamə Quliyevanın sağlığında Orxan Nadirov iki dəfə dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Milli.Az