"Kafelərdə oxuyan xanımları aşağılamaq olmaz".
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova "Space" kanalında "Gül kimi şou"da qonaq olan zaman deyib.
Müğənni həmkarı Nəfəsi fikirlərinə görə qınayıb:
"Əslində Nəfəsin xətrinə dəymək istəmirəm. Amma onun dediyi sözlər ayıbdır. Bir az danışanda diqqətli olmaq lazımdır. Bu sözlər çox ayıb sözlərdir. Kafedə oxuyan müğənniləri aşağılamaq olmaz. Amma hər kəs kafedən səhnəyə gəlməyib. Ağızdan çıxan sözə nəzarət etmək lazımdır. Nəfəs naxışlı müğənnidir. 4,5 ildir ki, oxumağa başlayıb. Amma şansı gətirib ,üzə çıxıb. İndi onun gündəm xətrinə hansısa müğənniyə söz deməsi, alıaltmağa çalışması düzgün deyil. Mən bunu qəbul etmirəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun