"Əyri ayaq, çəpgöz kişiləri XOŞLAYIRAM"

"Əyri ayaq, çəpgöz kişiləri XOŞLAYIRAM"

Müğənni Çinarə Məlikzadə qarşı cinsdə bəyəndiyi xüsusiyyətlərdən danışıb.

Milli.Az xəbər verir ki, onun açıqlamaları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Çinarə bildirib ki, onun üçün ən vacib məqam kişinin səmimi və öz olmasıdır: "Əsas səmimi olsun, özü olsun. Çox şeyə ehtiyac yoxdur. Bir də zəkalı kişiləri sevirəm".

Bununla yanaşı, müğənni xarici görünüşlə bağlı fərqli zövqünü də gizlətməyib. O, ayaqları bir qədər əyri - futbolçular kimi olan kişiləri bəyəndiyini deyib. Həmçinin, gözlərinin bir az çəp olmasını xoşladığını vurğulayıb.

Sənətçi əlavə edib ki, onun fikrincə, kişi qadından hər mənada güclü olmalıdır.

Müğənninin bu sözləri sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi izləyicilər onun səmimiliyini təqdir etsə də, digərləri açıqlamaları qeyri-adi və mübahisəli hesab ediblər. Paylaşım qısa zamanda çoxsaylı şərh və müzakirə toplayıb.

Musa
Milli.Az