"O, bütün toyu fonoqram oxuyub 3-5 min manat ALIR"

"O, bütün toyu fonoqram oxuyub 3-5 min manat ALIR"

Müğənni Mehriban Qənbərova "Öz aramızda" verilişində qalmaqallı açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, toy məclislərində canlı ifa ilə bağlı yaşanan dəyişikliklərdən danışıb.

İfaçı bildirib ki, adını açıqlamadığı məşhur müğənnilərdən biri toy boyu fonoqramla çıxış edib və buna görə yüksək məbləğ alıb:

"O məşhur müğənni bütün toyu fonoqram oxuyub 3-5 min manat alır".

Mehriban Qənbərova canlı ifa edən sənətçilərin zəhmətinin bəzən lazımi qiyməti almadığını vurğulayıb:

"Biz canlı oxuyan müğənnilərik. Səhər 11-dən gecə 2-yə qədər toy oxumuşuq. Elə olub gecə 4-də bitib. Amma artıq insanlar canlı oxuyana belə deyirlər ki, fonoqram oxu".

Sənətçi qeyd edib ki, bir məclisdə Sədəf, Günel Məhərrəmova ilə birlikdə çıxış edərkən onlardan da fonoqram istənilib:

"Bir məclisə düşmüşdük. Dedilər ki, fonoqram oxuyun. Halbuki hamımız canlı oxuyan idik, mən pis idimsə, birimizinin ifalarımıza oynayırdılar".

Qənbərovanın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları toy sektorunda canlı ifanın əvvəlki qədər dəyərləndirilmədiyini qeyd ediblər.

Musa
Milli.Az