"Mən öləndə ürəyim kimə lazımdır götürsün"

"Mən öləndə ürəyim kimə lazımdır götürsün"

Aparıcı Elgiz Əkbər orqanlarını bağışladığını açıqlayıb. 

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində danışıb.

"Allah Qənirə Paşayevaya rəhmət eləsin. Bu, mövzunu onunla müzakirə etdik. Dedim ki, öləndə kimə nə lazımdır götürsün. Bəlkə kiminsə ürəyə, gözə ehtiyacı var, götürsünlər. Nə edəcəyəm torpağın altında onları? Qənirə Paşayeva da bunu Milli Məclisdə müzakirəyə çıxardı".

Qeyd edək ki, Elgiz bir neçə il əvvəl orqanlarını bağışladığını "Könüllü olaraq orqanlarımı bağışlamışam. Rəsmi şəkildə bunu etmişəm. Əgər öləndən sonra gözüm kiməsə lazımdırsa, qurbandır" deyə açılamışdı.

Milli.Az