Əməkdar artist Könül Kərimova hazırlaşdığı solo konsertindən danışıb.
Milli.Az xəbər verir ki, müğənni "Günə bax" proqramında bunun üçün həyat tərzini dəyişdiyini deyib. O, bildirib ki, prodüser Asif Kərimli ona qadağalar qoyub:
"Rahatam, çox yaxşıyam. Yanımda yaxşı insanlar var. Bilirik ki, hər şey çox yaxşı olacaq. İfamla çalışacağam ki, hamının etimadını doğruldum. Nəvəm gəldi, istədim qucaqlayıb öpüm. Qoymadılar. Qripə yoluxa bilərəm".
Asif Kərimov "Demişəm ki, heç kimlə görüşmə, evdəkiləri başqa yerə göndər. Telefondan uzaq dur, vaxtında yatıb, vaxtında dur. Neqativ şeylərə baxma. Hamı anlasın ki, Könül bir ay ərzində heç kimlə görüşməyəcək, heç yerə getməyəcək" isə sözlərini əlavə edib. (Axşam.az)
Milli.Az
















