Nazilə: "Elə sənətçi xanımlar var ki, ərləri pullarını alıb..." – VİDEO

Nazilə: "Elə sənətçi xanımlar var ki, ərləri pullarını alıb..." – VİDEO

"Həyat yoldaşım çox rahat insandır. Bəlkə də mənim bu günə kimi sənətdə bu səviyyəyə gəlməyimin yeganə səbəbkarı odur ki, həyat yoldaşım mənim əlimə-ayağıma vurmadı, məni incitmədi, hər sözümü söz etmədi. Onun mənə yeganə dəstəyi o olub ki, hər şeyə söz etməyib və maneə olmayıb". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib. 

Sənətçi bildirib ki, həyat yoldaşı Elçin bəy başqa ərlərdən fərqli olaraq onu istismar etmir və əsəbiləşdirmir: 

"Şou-biznesdə elə insanlar var ki, sənətkardılar, gedirlər toylarda və məclislərdə oxuyurlar. Evə gələn kimi isə ərləri əllərindən pullarını alırlar. Çoxunu tanıyıram. Qapıdan içəri girən kimi pulunu alır. Aldığı cəhənnəm... Yenə o aldığı pulu evin yeməyinə xərcləsə, dərd yarı. Amma aparır o pulu içkiyə, pis vərdişlərə xərcləyir. Mənim ərim ki bunu etmir. Allah ondan razı olsun. Ərim məni istismar etmir, əsəbiləşdirmir və mənə hörmət edir. Buna görə isə çox sağ olsun". 

Qeyd edək ki, Nazilə və Elçin cütlüyünün Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub. Cütlüyün keçən ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bunun şərəfinə şairənin nəvəsi üçün dəvə qurban kəsməsi isə gündəmə səs salmışdı. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun