Aparıcı Zaur Baxşəliyev TikTok-u pisləyənlərə cavab verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, proqramında TikTok-da canlıda oturanları tərifləyib. O bildirib ki, tiktokerləri dəstəkləyir:
"Nə instaqramı, nə də TikTok-u pisləyirəm. Hamısını bəyənirəm. Tiktokerləri sevirəm, canlısına baxıram. Lazım olanda hədiyyə də göndərirəm. Əjdahadılar, halal olsun, bəyənirəm. Günün nəbzidir, kimin ürəyindən necə gəlirsə, elə də istifadə edir. Hamısı möhtəşəmdir, ruhum açılır. Kefim olmayanda, açıb baxıram ruhum açılır. Bəziləri deyir, Azərbaycan kanallarına baxmıram. Amma ağzını açanda hər şeydən xəbər verir. Elə şeyi sevmirəm. Mən də övladlarımla TikTok-da video paylaşıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun