Rusiyalı məşhur müğənni Alsu 2006-cı ildə evləndiyi əri Yan Abramovdan boşanma xəbərlərini təkzib edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Murzilki Live" verilişində ərinin ona gül və hədiyyələr verməyə davam etdiyini bildirib.
Alsou, 40 yaşında olduğunu və bu bu yaşı həyatının yaxşısı kimi qəbul etdiyini bildirib.
"Çünki bu dövrdə qadın yeni bir şüurlu yola qədəm qoyur", - müğənni əlavə edib.
İfaçı 2023-cü ilin avqustunda ailə həyatına maksimum diqqət yetirmək üçün qastrol səfərlərindən imtina etmək qərarına gəldiyini qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun