“İki il hər gecə o oyuncaqla danışdım”

“İki il hər gecə o oyuncaqla danışdım”

Müğənni Mətanət Əsədova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, “Rəngarəng”də qonaq olan sənətçi övlad sahibi ola bilməməsi ilə bağlı danışıb. Əsədova deyib ki, aldığı oyuncağı iki il övladı kimi saxlayıb:

“Allaha şükür edərdim, mənə övlad versəydi... Bir oyuncaq gördüm, dedim, lap insana oxşayır, elə bil uşaq idi. Onu aldım, dayım qızı dedi ki, niyə alırsan? Yalandan dedim ki, hədiyyə alıram. Bunu ilk dəfə deyirəm. İki il onunla yatıb-dururdum, danışırdım. Bir nəfər əlimdən aldı ki, dəli olarsan. Çünki bir dəfə yuxu gördüm, elə bildim, həqiqətən körpədir, ağlayır, səsinə ayıldım. Onunla bir az sakitləşdim, evə kimsə gələndə gizlədirdim. Sonra gecələr oturub onunla dnaışırdım, ad da qoymuşdum”.