Ata Abdullayev azadlığa buraxıldı

Ata Abdullayev azadlığa buraxıldı

Həbsdə olan bloger Ata Abdullayev azadlığa çıxıb.

OLAY yazır ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən cəzasının qalan hissəsindən azad edilib.

A.Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, məlumatı ilk olaraq Baku.es saytı yayıb.