Çinin Harbin şəhərində pinqvinlərin paradı keçirilir.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, parad “Harbin Polarland” tematik parkında təşkil edilən ənənəvi festival çərçivəsində baş tutub.
Bəzilərinin boynunda qalstuk və ya “kəpənək”, bəzilərinin belində çanta olan pinqvinlər park əməkdaşlarının müşayiəti ilə xüsusi marşrut üzrə hərəkət ediblər. Festivalın keçirildiyi ərazidə həmçinin qalalar və saraylar da daxil olmaqla, böyük buz heykəllər quraşdırılıb.
Havaların soyuq olmasına baxmayaraq, minlərlə yerli sakin və turist bu şounu izləmək üçün festivala qatılıblar. Parad ziyarətçilərin böyük marağına səbəb olub.
























