Azərbaycanlı bloqerlərin 10 ildə görünüşündəki dəyişikliklər DİQQƏT ÇƏKDİ - FOTOlar

Azərbaycanlı bloqerlərin 10 ildə görünüşündəki dəyişikliklər DİQQƏT ÇƏKDİ - FOTOlar

Azərbaycanlı məşhur bloqerlərin son 10 il ərzindəki dəyişimini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, paylaşılan fotolarda tanınmış bloqerlərin illər əvvəlki və indiki görüntüləri müqayisə olunur. Kadrlarda onların xarici görünüşlərində, üslublarında və imiclərindəki ciddi dəyişikliklər aydın şəkildə hiss olunur. İzləyicilərin diqqətini xüsusilə cəlb edən məqam isə bəzi bloqerlərin indiki görkəmlərinin əvvəlki halları ilə demək olar ki, heç bənzəməməsi olub.

Sosial şəbəkə istifadəçiləri mövzu ətrafında aktiv müzakirələr aparıb. Bəziləri bloqerlərin zamanla peşəkar şəkildə formalaşdığını və üzərlərində çalışdıqlarını qeyd edib, digərləri isə dəyişikliklərin həddindən artıq olduğunu iddia edərək tənqidi fikirlər səsləndirib.

Qısa zamanda viral olan bu görüntülər sosial mediasında zamanın, məşhurluğun və sosial şəbəkə təsirinin insan üzərində yaratdığı dəyişiklikləri yenidən gündəmə gətirib.

Musa
Milli.Az