Müğənni Roza Zərgərli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Dəyişən cavab" verilişində gənc həmkarlarına xəbərdarlıq ünvanlayıb.
Roza bildirib ki, kanalların birində baş tutan bayram-konsert çəkilişində "Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Röya Məmmədova onunla və Xalq artisti Röya Ayxanla eyni səhnəni bölüşmək istəməyib:
"Gənc müğənni "Hiss" deyib ki, "əgər o tədbirdə Roza Zəngərli və Xalq artisti Röya Ayxan varsa, mən gəlməyəcəyəm. "Hiss" deyib ki, "mən filan müğənnilərlə səhnəyə çıxmıram. Mən özüm seçməliyəm hansı müğənni mənimlə o səhnəyə çıxacaq"".
Zərgərli həmçinin həmkarı Günay İbrahimlinin də efirə digər sənət yoldaşları ilə deyil, tək çıxdığını qeyd edərək, ona acıqlanıb:
"Bunu tək "Hiss" etmir. Bir çox gənc ifaçılar var ki, efirə və verilişlərə tək çıxmaq istəyirlər. Onların arasında məndən inciməsin müğənni Günay İbrahimli də var. Sizə o ixtiyarı heç kim verməyib. Gənc ifaçının nə həddi var ki, desin ki, "efirə mən tək çıxıram". Bu nə "ulduz xəstəli"dir? Mən 24 ildir ki, bu səhnədə külüng vururam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun