Mənzurədən keçmiş həyat yoldaşına: "Bütün həyatımı alt-üst eləmisən"

Mənzurədən keçmiş həyat yoldaşına: "Bütün həyatımı alt-üst eləmisən"

"Yağışlı havada həyatımda ilk dəfə görüşə gedirdim, 18 yaşım var idi. Maşınsız idim, əlimdə çətir var idi. Görüş yerinə çatmamış ayağım sürüşdü və yerə yıxıldım. Dizim parçalandı. Hələ yeri də qalıb. Telefon da yox idi ki, zəng edim. Keçmiş həyat yoldaşımla görüşə gedirdim. Amma qayıtdım evə. Allah da o vaxt qoymurdu ki, sən bununla görüşə getmə".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayevə "7 Tamam" verilişində dəyib. İfaçı bildirib ki, keçmiş həyat yoldaşı proqramlarda onun barəsində danışılmasını istəmir:

"Son vaxtlar keçmiş həyat yoldaşım zəng elədi və dedi ki, efirdə belə şeyləri danışma, bəsdir. Cavab verdim ki, bəs nə danışım? Bütün həyatımı alt-üst eləmisən. Məndə uydurma yoxdur. Yalan danışmıram. Efirdə onun haqda demişdim ki, pulları yastığın altına yığıb yatır. Qadağa qoymadı, kimdir ki, qadağa qoysun? Amma danışmağın da daha mənası qalmayıb".

Milli.Az