Azər Axşam: "Onda İncəsənət Universitetini bağlayaq" - VİDEO

Azər Axşam: "Onda İncəsənət Universitetini bağlayaq" - VİDEO

"Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Bir insanın görə biləcəyi işi olmayanda "Hini olmayan toyuqlar var, harada yumurtlayım... Yumurtlamağa yer axtarırlar" buna bənzəyir. Qeyri-peşəkarlıqdır..."

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artisti Azər Axşam qonaq olduğu "Gül kimi şou" verilişində deyib.

Aktyor səhnədə istedadı olan lakin təhsilsiz həmkarlarını tənqid edib: "Bir nəfərə belə bir sual verdim "Əgər mənim həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdilər ki, "xeyr. Ona görə buraxmazlar ki, insan ölər". Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı... Hansı daha təhlükəlidir - insanın yoxsa mənəviyyatın (kütləvi ölümü nəzərdə tutur - red.) ölməyi? Həmin şəxs bu sualıma təbii ki, cavab verə bilmədi. 

Dedi ki, "düz deyirsiniz"... Tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Xeyr! Aktyorluq Allahdan verilən bir istedaddır... O zaman aktyorluğun niyə məktəbi, universiteti, dərsi var? Bu peşə nə üçün yaradılıb?

Əgər bir insan sadəcə istedadlıdırsa onu gətirək hər hansısa bir ekran əsərinə çəkək... Axı bu səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar, səhnə hərəkəti, rəqs və ritm dərsləri var. Bunlar isə hamısını universitetdə bir-bir tələbələrə dərs kimi aşılanır, keçirilir. 

Bir nəfərin istedadı var, gətirək onu filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə deməli lazım deyil. Onda gəlin, universiteti bağlayaraq. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti bağlansın və aktyor yetişdirməyək. Çünki bu saat yerindən duran hamı aktyordur".

Milli.Az