Xumar EDHO-nun aktyorunu klipinə çəkdi

Xumar EDHO-nun aktyorunu klipinə çəkdi

Əməkdar artist Xumar Qədimova yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi “Gəl, şəklini çəkim dünya” adlı mahnıya klip çəkdirib.

Bəstənin sözləri mərhum Xalq şairi Zəlimxan Yaquba, musiqisi isə Uqoya (Uğur Rəcbər) məxsusdur, klarnet ifası da Uqonun öz təqdimatıdır.

Lirik mahnının ekran işi rejissor Natiq Novruza həvalə edilib.

Klipdə Xumarın tərəf müqabili “Kurtlar Vadisi” və “Eşkiya dünyaya hükümdar olmaz” seriallarından tamaşaçılara tanış olan məşhur türkiyəli aktyor Savaş Özdemir olub. Çəkilişlər Qubada aparılıb.

Qədimova mahnını yayımlayaraq “Nəhayət ki, təkrar-təkrar dinləyəcəyimiz, dünya dolu nəğməmiz gəldi. Bu gözəl nəğmə bu dünyaya sığmayanlar üçündür. Gəl, şəklini çəkim, dünya!” sözlərini bildirib.

Qədimovanın “Gəl, şəklini çəkim dünya” ifası bu gündən rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımdadır.