Fransanın tanınmış modeli və sosial media fenomeni Pierre Amaury Crespeau 39 yaşını qeyd edib.
Milli.Az xəbər verir ki, onun ad günü ilə bağlı paylaşılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Modelin yeni fotolarını görən bir çox izləyici onun 39 yaşında olduğuna inanmaqda çətinlik çəkib. Sosial mediada yazılan rəylərdə Crespeaunun olduqca gənc və baxımlı göründüyü vurğulanıb.
Bəzi istifadəçilər "39 yaş deməzsən", "ən azı 10 yaş gənc görünür" kimi şərhlər yazaraq təəccüblərini gizlətməyiblər. Digərləri isə modelin illərə meydan oxuyan görünüşünü sağlam həyat tərzi və düzgün baxımla əlaqələndiriblər.
Qeyd edək ki, Pierre Amaury Crespeau sosial mediada aktivliyi və paylaşdığı peşəkar fotosessiyaları ilə tez-tez gündəmə gəlir. Onun 39 yaşını qeyd etməsi isə bu dəfə izləyicilər arasında xüsusi maraq doğurub.
Musa
Milli.Az
















