Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasında 9 ildir davam edən küsülülük başa çatıb.
Milli.Az xəbər verir ki, Hülya Koçyiğit və Halil Ergün 2017-ci ildə keçirilən Malatya Beynəlxalq Film Festivalı zamanı münasibətlərini kəsmişdilər.
İddialara görə, festival çərçivəsində yaşanan anlaşılmazlıq tərəflər arasında incikliyə səbəb olmuş və bu məsafə doqquz il davam etmişdi.
Buzlar isə bu yaxınlarda vəfat edən Yeşilçam ulduzu Fatma Girik üçün keçirilən anım mərasimində əriyib. Mərasimdə bir araya gələn sənətçilər həmkarlarının xatirəsini yad edərkən keçmişdəki incikliyi də geridə qoyublar.
Milli.Az

















