Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər - FOTO

Aktyorun dəfnindən çıxıb pivə içməyə getdilər - FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kanbolat Görkem Arslan 45 yaşında vəfat edib.

Milli.Az-ın məlumatına görə, aktyorun rol aldığı "Poyraz Karayel" serialının aktyor heyəti Kanbolatın vida mərasiminin ardından məkanlardan birində əyləşib.

Serialın rejissoru Çağrı Vila Lostuvali aktyor heyəti ilə birlikdə çəkdirdiyi şəkli "Rəhmətlə, Kga..." başlığı ilə paylaşıb. Dəfndən sonra onların birgə əyləşərək güldükləri fotonu yayımlamaları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Bundan başqa şəkildə masanın üzərində pivə də olduğu öz əksini tapıb. Sözügedən paylaşıma görə izləyicilər onları qınayıb.

Milli.Az