Xəbər verdiyimiz kimi, "Maska" şousunun qalibi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Dilarə Kazımova yarışmada "Canavar" obrazı ilə çıxış edərək, super finala qədər gəlib çatıb. Mükafatını aldıqdan sonra sənətçi təəssüratlarını izləyiciləri ilə bölüşüb:
"Təəssüf ki, bu möhtəşəm layihə başa çatdı. Qələbədən o qədər çaşqın və məəttəl qaldım ki, hər şeyi deyə bilmədim, sadəcə söz tapmaq çətin idi. "Canavar"a dəstək olan, ona inanan, səs verən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. İnsanların xoşbəxtlikdən, sevincdən axan göz yaşlarını gördüm, mənimlə birlikdə ağladılar. Bu layihə mənim üçün çox şeyi ifadə etdi. Hər kəsi qeyd edə bilməsəm də, gözəl bilirsiniz ki, "Canavar" sizi necə sevir. Balaş müəllim ( İTV-nin rəhbəri Balaş Qasımov - red.), auditoriyanın öz iradəsi ilə qalib seçdiyi, vicdanlı və qərəzsiz şouya görə sonsuz təşəkkürlər sizə".
Dilarə daha sonra layihədə onu dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun