Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - VİDEO

Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - VİDEO

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, Mahsun Qırmızıgül "Urmiya və əziz gəlinim 2024" adlı video-çarxını kürd dilində yayımlayıb.

O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb.

O öz mahnısında "Urmiya mənim ölkəmdir" (Urmiye velate men) ifadəsini də işlədib.

Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun