Reper "Face"in atası Timofey Dremin oğlunun borclarını ödəmək niyyətində olmadığını bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalına müsahibəsində deyib.
Bildiirlib ki, "Face" təxəllüsü ilə tanınan sənətçi İvan Dremin xarici agentin fəaliyyətini pozduğuna görə məhkəmə icraçılarına 30 min rubl borclu olub. Timofey Dremin oğlunun bu məbləği ödəyəcək qədər zəngin olduğunu bildirib.
Sənətçinin atası hazırda işləmədiyini deyib.
"Bir latviyalı olaraq adıma bir qəpik də yoxdur", - reperin valideyini qeyd edibş.
"Face" 2022-ci ilin yanvarında Rusiyanı tərk edib. Daha sonra musiqiçi qərarını "indiki vəziyyət" ilə izah edərək mahnılarını rus yayım xidmətlərindən silmək qərarına gəlib.
2022-ci ilin aprelində reper xarici agent kimi fəaliyyət göstərən xarici medianın reyestrinə daxil edilib.
Milli.Az