Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib.
OLAY yazır ki, o, bu barədə “Pərvizə görə” proqramında danışıb.
Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib.
Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.
















