Son zamanlar dünyaca məşhur Hollivud aktyoru Brus Uillisin səhhəti ilə bağlı xəbərlər heç də ürəkaçan deyil. Demensiya xəstəliyindən əziyyət çəkən əfsanəvi aktyorun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Belə ki, bir neçə ay əvvəl 13 il evli olduğu və boşandıqdan sonra da dost münasibətində qaldığı keçmiş həyat yoldaşı, dünya şöhrətli aktrisa Demi Muru artıq tanımır. Lakin aktrisa bu dəyişiklikləri qətiyyətlə qəbul edir.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, Demi qızlarının sağalmaz xəstə atası ilə hər anından həzz almağa kömək edən sosial şəbəkə hesabında diqqət çəkən post paylaşıb.
İndi bütün ailə üzvləri mümkün qədər tez-tez aktyorun yanında olmağa çalışırlar. Belə ki, sözügedən postda Brus Deminin kiçik qızlarının 30 illik yubileyi şərəfinə bir araya gəliblər. Aktrisa restoranda əyləncəli şənlikdən görüntüləri və keçmiş əri və ad gününü qeyd edən qızı ilə birgə çəkilmiş yeni fotosunu yayımlayıb.
Qeyd edək ki, Uillisin dəhşətli xəstəliyi ilk dəfə 2022-ci ilin yazında məlum olub. Aktyorda frontotemporal demensiya yaranıb. Uillisin qohumları bu ilin onun üçün sonuncu ola biləcəyindən narahatdırlar. Aktyorun vəziyyəti günü-gündən pisləşir. Belə ki, o, artıq oxuya bilmir və danışıq qabiliyyətini itirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun