Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli “NOW“da yayımlanan “Yeraltı“ serialı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, X platformasında bildirib ki, serialın baş qəhrəmanlarından biri olan aktyor Uraz Kaygılaroğluna zəng edib. Siyasətçi sənətçini performansına görə təbrik edib.
“Bu gün Now TV-də yayımlanan “Yeraltı“ serialının baş rol aktyorlarından Uraz Kaygılaroğluna zəng etdim. Türk gənclərinin pis vərdişlərdən uzaq durması istiqamətində həyata keçirdikləri uğurlu yayım və nümunəvi ssenarinin ekranlara daşınmasından məmnunluğumu ifadə etdim. Qəbul edəcəkləri halda onlara bir bozqurd tablosu hədiyyə etmək istədiyimi bildirərək bütün komandaya uğurlar arzulayıram”, - deyə, Bahçeli bildirib.

















