Əməkdar artist Elza Seyidcahan növbəti dəfə bəzi aparıcıları tənqid edib.
OLAY yazır ki, bu barədə o, “Xəbər-tər”də danışıb. Elza bildirib ki, məktəb müəllimlərinin də tələffüzündə problem var:
“Bəzi aparıcılar qoca nənələr kimi danışırlar. Görürsünüz ki, qoca nənələr protez taxırlar, hirslənəndə ağızlarından çıxır, onda bəzi hərfləri yanlış tələffüz edirlər. Elələri də var, bir-iki dəfə ingilis dili dərsinə gedəndə, belə danışır. Hollivud gülüşü olsun deyə... Həkimlər məni sevməyəcək, çünki istəyirlər, hamı panel taxdırsın. Bir də görürsünüz 20 yaşındakı qızlar panel diş qoydurur, danışığında bu kimi problemlər yaranır.
Aparıcılara qəti olmaz. Özü də həmin dişdən pis qoxu gəlir. İki ildən bir onu dəyişməlisən. İmplant dişlərdən istifadə edə bilərsiniz. Hətta bəzi xanəndələr hərfləri düzgün tələffüz etmirlər. Hələ ifalarını qırağa qoysunlar, diksiya dərslərinə getsinlər. Yəqin ki, İncəsənət universitetində diksiya dərsləri olur. Məsələn, bizim faciəmizdir, ibtidai sinif müəllimləri, “ç”, “c”, “k” hərflərini təlləfüz edə bilmirlər. Əllərində böyük telefonlar, bütün gün şou proqramlarda, bədənləri estetikli, uşaqlara gələndə, deyir, “canın sağ olsun”. Bunlar bir-birilərinə bağlı işlərdir. Mənim alt dişlərim əyridir, bunu düzəltdirmirəm. Çünki bu, gözəllikdir. Məsələn, Culya Robert, Ancelina Coli, onların dişləri dovşan kimidir. Ümumiyyətlə Hollivud ulduzlarına baxın, burun dəliklərinə bir tava girər, dişləri əyi-üyrü. Bunları düzəltdirirlər? Yox. Bu da gözəllikdir”.