Müğənni və aparıcı Sərxan Kərəmoğlu qonaq olduğu "Tarixin bir günü" proqramında emosional çıxışı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, canlı efir zamanı ünvanına səsləndirilən iddialara münasibət bildirən sənətçi olduqca sərt danışıb. O, uzun illər ailəsinə yaxın olan bir şəxsin arxasınca danışdığını deyərək bunları söyləyib:
"Mənə o sözü deyən adam 40 il evimdə çörək yeyən şəxsdir. Düzünü danışsın. Mənim babam Əbülfəz kişi Gəncədə 50-60-cı illərdə çox adam tərəfindən tanınıb. Nənəm Dursun xanım bəy-xan qızı olub. Mənim ermənilərlə heç bir qohumluq əlaqəm olmayıb. Nəsli-kökümü ləkələmək istəyən varsa, məni söysün, məni vursun, mənə ləkə atsın, amma ailəmə söz deməsin. 'Erməni' dediyin adamın bir oğlu şəhiddir. Ailəmizə toxunmayın, özümüzə toxunun".
Sərxan Kərəmoğlunun bu fikirləri studiyada gərgin anlara səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülər isə geniş müzakirələr doğurub.
Musa
Milli.Az
















