Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu - VİDEO

Yalçın Rzazadənin oğlu efirdə ƏSƏBİLƏŞDİ - siyahını cırdı, qadağa qoydu - VİDEO

Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə "Günə Uğurla" verilişində qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, canlı efirdə çıxış edən Mətin Rzazadə həmkarı Meydan Əsgərovun ifasını sərt tənqid edib. O, bildirib ki, atasının repertuarından səsləndirilən mahnılardan biri düzgün ifa olunmayıb:

"O mahnını yaxşı oxumayıb, 'YouTube'dan sildirəcəyəm".

Bununla kifayətlənməyən sənətkarın oğlu efirə atasının mahnılarını onun fikrincə uğursuz ifa edən müğənnilərin adlarının yer aldığı siyahı ilə çıxıb. O, həmin siyahını canlı yayımda cıraraq parçalayıb. Studiyada gərginlik yaşanıb və müzakirələr alovlanıb.

Mətin Rzazadə qeyd edib ki, atasının sənət irsinə hörmətlə yanaşılmalıdır və hər ifaçı bu mahnıları səsləndirməməlidir. O, bir çox sənətçiyə Yalçın Rzazadənin mahnılarını ifa etməyə qadağa qoyduğunu da açıqlayıb.

Bu addım sosial şəbəkələrdə və sənət cameəsində birmənalı qarşılanmayıb. Bəzi izləyicilər Mətin Rzazadənin atasının irsini qorumaq istədiyini desə də, digərləri mahnıların ifa edilə biləcəyini vurğulayıblar.

Qeyd edək ki, Yalçın Rzazadə Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş sənətkarlardandır və onun repertuarı bu gün də bir çox ifaçılar tərəfindən səsləndirilir. Qalmaqal ətrafında müzakirələr davam edir.

Musa
Milli.Az