Tanınmış meyxanaçı Orxan Lökbatanlıdan üzücü xəbər var.
Milli.Az xəbər verir ki, söz ustasının ağır əməliyyat keçirdiyi bildirilib. Məlumatı "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlu açıqlayıb.
Veriliş zamanı meyxanaçının əməliyyatdan sonrakı ilk görüntüləri də nümayiş etdirilib. Bildirilib ki, Orxan Lökbatanlı ciddi cərrahi müdaxilə keçirib və hazırda həkim nəzarətindədir.
Aparıcının sözlərinə görə, həkimlər sənətçiyə əməliyyatdan sonra uzun müddət danışmağı qadağan ediblər. Qeyd olunub ki, bu vəziyyət onun səsinə təsir göstərə və hətta səsin batması riski yarada bilər.
Məlumata əsasən, meyxanaçıdan götürülən şiş laborator müayinəyə göndərilib. Nümunənin xərçəng olub-olmaması aparılacaq analizlərdən sonra dəqiqləşəcək.
Sənətçinin vəziyyəti ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı bildirilir.
Milli.Az
















