Hindistanlı aktrisa Punam Pandeyin xərçəngdən vəfat etdiyi bildirilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, Punamın sosial şəbəkə hesabında yayımlanan paylaşımda onun uşaqlıq boynu xərçəngindən dünyasını dəyişdiyi qeyd edilib.
Bundan sonra aktrisanın sosial şəbəkə hesabında başqa video da yayılıb. Həmin görüntülərdən Punamın sağ olduğu ortaya çıxıb.
Aktrisanın vəfat xəbərini yaymaqda məqsədin uşaqlıq boynu xərçənginə diqqət çəkmək olduğu düşünülüb.
Bu hal sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.
32 yaşlı Punamı belə xəbərlərlə gündəmi zəbt etdiyinə görə qınayıblar. Pandey hazırda bir çox filmdə çəkilsə də o zaman-zamana belə qalmaqallı paylaşımları ilə gündəmdə qalıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun