“Bona Dea xəstəxanası Nigar Köçərlidən xəstəxanada yaşadıqlarını yazdığına görə 222 min manat tələb edir. Bu addımı atan bir xəstəxanaya bundan sonra kim etibar edər? Mən şəxsən ora getməyə qorxaram”.
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında qeyd edib. Sənətçi sözügedən klinikanın N. Köçərlidən təzminat tələb etməsinə irad bildirib:
“Çünki nəsə olsa və şikayət etsəm, belə çıxır ki, məndən bir milyon da tələb edə bilərlər. Üzr istəyib bir buket gül göndərsəydilər, söhbət bağlanardı. Həmin gün növbədə olan tibb bacısına töhmət də verə bilərdilər. Bəzi həkimlərdə və xəstəxanalarda olan bu yekəxanalıq, bu arxayınlıq haradan qaynaqlanır? Bu nə deməkdir?
Biz pullu xəstəxanaya kefimizdən getmirik. Pulumuzu ona görə ödəyirik ki, daha rahat şəraitdə və daha peşəkar münasibət görək. Nəticədə həm əsəbimiz getsin, həm pulumuz, üstəlik də haqqımızı tələb etdiyimizə görə bizdən bir ev dəyərində pul tələb olunsun? Bu nə deməkdir?”.
















