Gülüstan Əliyeva “Gəl” dedi

Gülüstan Əliyeva “Gəl” dedi

Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva 14 Fevral – “Sevgililər Günü” münasibətilə sevənlərinə xüsusi sürpriz edib.

OLAY yazır ki, sənətçinin “Gəl” adlı yeni klipi məhz bu gündə izləyicilərin ixtiyarına təqdim olunub.

Bəstənin müəllifi Səfər Zaman, aranjiman isə Rasim və Dahinə məxsusdur.

Ekran işi “Alizade Group” tərəfindən hazırlanıb, layihənin prodüseri isə Anar Əlizadədir.

“Gəl” klipi artıq Gülüstan Əliyevanın YouTube kanalında və bütün rəqəmsal platformalarda yayımlanır.