"Xaç atası"nın əfsanəsi vəfat etdi - FOTO

"Xaç atası"nın əfsanəsi vəfat etdi - FOTO

Dünya şöhrətli aktyor və rejissor Robert Düvall 95 yaşında vəfat edib

Milli.Az xəbər verir ki, Duvall rəsmi vida mərasiminin keçirilməsini istəməyib. Buna görə də ailəsi pərəstişkarlarına onun xatirəsini belə yad etməyi tövsiyə edib:

Təxminən 60 illik Hollivud karyerası ərzində Robert Düvall həm baş, həm də köməkçi rollarda inanılmaz dərəcədə çoxşaxəli obrazlar yaradıb.

"Xaç atası" filmində mafiya ailəsinin təmkinli məsləhətçisi Tom Hagen rolu ilə tarixə düşüb.

"Apokalipsis bu gün" filmində sörfinq həvəskarı olan ordu polkovniki obrazı unudulmazdır.

Duvall karyerası boyu ümumilikdə 7 dəfə "Oskar" və 7 dəfə "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.

1931-ci ildə San-Dieqoda anadan olan Robert Seldon Düvall hərbçi ailəsində böyüyüb - atası ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı olub. Düvall özü də Koreya müharibəsi zamanı iki il orduda xidmət edib.

Qayıtdıqdan sonra Nyu-Yorkun məşhur "Neighborhood Playhouse" dram studiyasında təhsil alıb. Onun tələbə yoldaşları arasında Dastin Hoffman, Cin Hekmen və Ceyms Kaan kimi gələcəyin digər böyük ulduzları da var idi.

Lalə Qüdrətova
Milli.Az