"Elnarə bizimlə məzələnir. Götürdü Röyaya (Xalq artisti Röya Ayxan - red.) nəsə yazdı, sonra qayıtdı ki, mahnı çıxartmışam. Elnarə hər dəfə mahnı çıxaranda qalmaqal salır ki, danışılsın. Elnarə bu biclikləri haradan öyrənib bilmirəm. Beləcə, bizimlə məzələnir".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Natavan Həbibi həmkarı Elnarə Xəlilovanın ünvanına deyib. "Balkanla gecə turu" verilişinə danışan sənətçi Elnarənin qalmaqallarından söz açıb:
"Elnarə ilə münasibətim normaldır, görüşəndə salamlaşırıq. Haqqımda çıxıb danışdı, sonra isə konsertlərin birində heç nə olmamış kimi yaxınlaşıb, öpüşüb, qucaqlaşıb, görüşdü, mən də elə etdim. Bizim aramızda heç nə ola bilməz. Elnarə yeni yola keçib, qalmaqalla piar edir. O bu yolla öz işini reklam edir. Bu yeni üslubdur. Ona da bu yolu öyrədənlər trenddə olan müğənnilərdir. Trenddə olanlar pulunu verib trendə düşənlərdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun