Tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin səhifəsində bu barədə paylaşım edilib və silinib. Hekayə bölməsindəki silinən yazılarda isə qeyd olunub:
"Maraqlanan hər kəsə təşəkkürlər, inşallah Ramil özünə gələcək. Səbəb intihara cəhddir. Yaxınlara yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah özünə gələr, sizə hər şeyi danışar. Dua edin".
OLAY məlumatın doğruluğunu yoxlamaq üçün Qasanovun həmkarı, dostu rəqqasə Rəna Ağamuradova (Renka) ilə əlaqə saxlayıb.
Sənətçi bildirib ki, onun da hadisə ilə bağlı dəqiq məlumatı yoxdur. Renka söyləyib ki, dostlarına və Ramilin özünə zəng etsə də, telefonuna cavab verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun