Bu gün ilin ilk Günəş tutulması olacaq

Bu gün ilin ilk Günəş tutulması olacaq

Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

OLAY yazır ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu, halqalı Günəş tutulması olacaq.

Tutulma saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.

Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

Qeyd edək ki, günəş tutulması Azərbycandan müşahidə olunmayacaq.