Aktrisa Özge Özacar mühüm sosial məsuliyyət missiyasını üzərinə götürüb.
OLAY yazır ki, tanınmış sənətçi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilən “Finansla Gələcək” layihəsinin könüllü dəstəkçisi və elçisi seçilib. Gənclərin maliyyə savadlılığı üzrə təhsil almasına töhfə verməyi hədəfləyən layihənin detalları bu gün Gaziantep şəhərində keçirilən tədbirdə ictimaiyyətə təqdim olunub.
Birləşmiş Millətlər Təşkilatının qlobal inkişaf şəbəkəsi yaratmaq məqsədilə təsis etdiyi proqramın yeni layihəsinin toplantısında iştirak etmək üçün Gaziantepə yollanan Özge Özacar bir il ərzində təşkil olunacaq tədbirlərdə fəal şəkildə iştirak edəcək.
Marmara Universitetinin Kommunikasiya Fakültəsinin məzunu olan uğurlu aktrisa daha əvvəl də maarifləndirici təsir yaradan bir çox sosial məsuliyyət və xeyirxahlıq layihələrində könüllü olaraq yer alıb.


















