Yardım etdiyi zəlzələ qurbanından danışdı

Yardım etdiyi zəlzələ qurbanından danışdı

Türk aktyor Ali Burak Ceylan bir zəlzələ qurbanına ev tutması ilə bağlı məsələyə aydınlıq gətirib.

OLAY yazır ki, Ceylan, Muhammed adlı zəlzələ qurbanına yardımı edənin tək o olmadığını deyib.

“Bu videonu çəkməyimin 2 səbəbi var. Bu təşkilatçılığı tək mən etmişəm kimi bir fikirdən qorxuram. O köşkün sahibi Şehmuz Üzüm adlı bir iş adamıdır. Evi təmir edən ustalar, köşkün işçisi və başqa dostlarım. Çox dualar gəldi, təşəkkür edirəm. Əgər gələn duaları bölüşmək haqqım olsaydı, adını çəkdiyim, çəkmədiyim, bu təşkilatçılıqda əməyi olan dostlarımla bölüşərəm. Bu bizim üçün şərəfli bir borc idi”, - deyə, aktyor bildirib.

Qeyd edək ki, Muhammed adlı şəxs zəlzələdən 10 gün öncə sözügedən aktyorun portmanesini tapıb təhvil verib və Ali ona telefon nömrəsini verərək bir ehtiyacı olsa zəng edə biləcəyini deyib. Zəlzələlər baş verdiyi vaxtda Muhammed aktyora zəng edib kömək istəyib. Ali onlara İstanbulda 3 mərtəbəli bir villa hazırladıb və Muhammedin ailəsi həmin villaya köçüb.