“Sosial şəbəkəni qisas meydanına çevirənlər...”

“Sosial şəbəkəni qisas meydanına çevirənlər...”

Əməkdar artist Nailə İslamzadə tənqidi paylaşım edib.

OLAY yazır ki, sənətçi bu barədə feysbukda status paylaşıb:

“Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil. Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, təsadüfən olsa da qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları, söylədikləri, göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir”.