“The Godfather”in ulduzu vəfat etdi

“The Godfather”in ulduzu vəfat etdi

“The Godfather” və “Apocalypse Now” filmlərinin ulduzu Robert Duvall 95 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə fevralın 16-da Variety aktyorun həyat yoldaşı Luciana Duvallın sosial şəbəkələrdə paylaşdığı açıqlamaya istinadən məlumat verib.

“Academy Awards” mükafatına yeddi dəfə namizəd olan və Tender “Mercies” filmində bu mükafatı qazanan Duvall, həmçinin “To Kill a Mockingbird” və “Lonesome Dove” filmlərindəki rolları ilə də tamaşaçıların yaddaşında qalıb.

Duvall bazar günü Virciniyadakı evində dünyasını dəyişib. 95 yaşında vəfat edib.