Türkiyədə LGBTQ ilə bağlı yeni qaydalar

Türkiyədə LGBTQ ilə bağlı yeni qaydalar

Türkiyədə LGBTQ ilə bağlı yeni qərarlar qəbul edilib.

OLAY yazır ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, LGBTQ-ni tərifləyən və təşviq edənlərə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Cinsiyyət dəyişdirmə üçün yaş həddi 25-ə qaldırılacaq. Açıq-aşkar təbliğ edənlərə 3 ilədək həbs cəzası veriləcək. Eyni cinsdən olan şəxslərin nişan və ya nikah mərasimi keçirməsinə görə 4 ilədək həbs cəzası tətbiq ediləcək. Şəxsin evli olmaması, transseksual quruluşa malik olması, reproduktiv qabiliyyətindən daimi şəkildə məhrum olması və cinsiyyət dəyişdirilməsinin psixi sağlamlıq baxımından zəruri olduğunun Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş tam təchizatlı tədris və tədqiqat xəstəxanasında ən azı 3 ay fasilə ilə aparılacaq 4 qiymətləndirmənin nəticəsində verilən rəsmi tibbi şura arayışı ilə təsdiqlənməsi şərt olacaq.

İcazə alınmadan cinsiyyət dəyişdirməyə yönəlik heç bir tibbi müdaxilə həyata keçirilə bilməyəcək. Qaydalara zidd şəkildə cinsiyyət dəyişdirmə əməliyyatı etdirən şəxslərə 3 ilədək həbs cəzası veriləcək.

Qaydalara zidd olaraq cinsiyyət dəyişdirmə əməliyyatı aparanlara 7 ilədək həbs və pul cəzası tətbiq olunacaq. Əməliyyat uşağa edildikdə və ya səlahiyyətsiz şəxslər tərəfindən həyata keçirildikdə cəza artırılacaq.

Bioloji cinsiyyətə və ümumi əxlaq qaydalarına zidd davranış nümayiş etdirən, yaxud bu cür davranışları açıq şəkildə təşviq edən, tərifləyən və ya təbliğ edən şəxslərə 3 ilədək həbs cəzası veriləcək.