“Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi - FOTO

“Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi - FOTO

Türkiyəli aktrisa Özge Özacar Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) "Gələcək üçün Maliyyə" layihəsinin könüllü dəstəkçisi və səfiri seçilib.

Milli.Az xəbər verir ki, gənclərə maliyyə savadlılığı təhsili verməyi və sosial təsir yaratmağı hədəfləyən layihənin detalları Qaziantepdə keçirilən tədbirdə açıqlanıb. Aktrisa bir il ərzində layihə çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək.

Marmara Universitetinin Kommunikasiya fakültəsinin məzunu olan Özacar daha əvvəl də müxtəlif maarifləndirici sosial məsuliyyət və xeyriyyə təşəbbüslərində könüllü fəaliyyət göstərib.

Fidan
Milli.Az