Kanye Uest və Bianka Sensori ayrıldı

Kanye Uest və Bianka Sensori ayrıldı

Bianka Sensori reper Kanye Uestdən ayrılıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, cütlük münasibətlərinə fasilə verib. Biankanın ailəsi Kanyenin istismarından və psixoloji şiddətdən narahatdır. 

Qeyd edək ki, cütlük 2022-ci ilin dekabrında Kanye Uestin Kim Kardaşyandan boşanmasından sonra ailə qurub. Reperin tələsik evlənməsinin onun dini inancı ilə bağlı olduğu barədə xəbərlər yayılıb. Belə ki, iddiaya görə, reper evli olmadan qadınlarla intim əlaqəyə girməyəcəyinə söz verib.

Evlilik xəbərindən sonra pərəstişkarları cütlüyü yaxından təqib ediblər. Onlar reperin Biankanı incitdiyini seziblər. Bir dostu hətta Kanyenin Biankanın geyimini və yeməyini də özü seçdiyini bildirib.

Biankanın ailəsinə yaxın mənbələr isə iddia edir ki, Biankanın valideynləri və qohumları onların münasibətinə hər zaman qarşı çıxıblar. Lakin münasibət irəlilədikcə vəziyyət daha da mürəkkəbləşib. Reperin qızın yediklərinə nəzarət etməsi Biankanın ailəsini çox qəzəbləndirib. İddialara görə, bu cütlüyün münasibətinə də təsir edib. Maraqlıdır ki, toydan sonra cütlük heç vaxt ayrı olmayıb. Hazırda isə Bianka Avstriyaya Kanyesiz gedib.Kanye isə bütün vaxtını işinə həsr etmək istədiyini bildirib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun